Rusiya 2024-cü ildə Gürcüstandan rekord məbləğdə şərab idxal edib
Gürcüstan keçən il Rusiyaya 182,6 milyon dollar dəyərində şərab ixrac edib ki, bu da ikitərəfli ticarətdə yeni rekord olub.
“Report” xəbər verir ki, bu, yerli statistika xidmətinin məlumatlarının təhlilindən məlum olub.
Belə ki, 2024-cü ildə Rusiya 182,6 milyon dollar dəyərində gürcü şərabı alıb və illik alışını 8,5 % artırıb. Eyni zamanda, idxal həcmi 66,7 min ton təşkil edib: bu, əvvəlki illə müqayisədə 7 % çox olsa da, 2022-ci ilin təxminən 70 min tonluq tarixi maksimumuna hələ çatmayıb.
Rusiya on ildən çoxdur ki, gürcü şərabının əsas alıcısı olaraq qalır – keçən il Gürcüstan ixracatının üçdə ikisi məhz Rusiyanın payına düşüb.
İkinci yeri Polşa tutub, bu ölkə gürcü şərabının idxalını 10,3 % artıraraq 16,6 milyon dollara çatdırıb. İlk üçlüyü Ukrayna tamamlayır, il ərzində idxalını 14 % azaldaraq 12,5 milyon dollara endirib. İlk beşliyə həmçinin Qazaxıstan (10,7 milyon dollar) və Çin (9,2 milyon) daxildir.
Ümumilikdə, Gürcüstan keçən il xaricə 94,7 min ton şərab ixrac edib (əvvəlki il 89,5 min ton) – bu, ölkənin müasir tarixində ikinci ən yüksək göstərici olub. İxracatın dəyəri təxminən 276 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













