Çin səfirliyi MKİ-ni COVID 19-un mənşəyi ilə bağlı manipulyasiyalardan çəkinməyə çağırıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) koronavirusun mənşəyi ilə bağlı iddiaları Çini qaralamaq məqsədi daşıyan siyasi manipulyasiyadır.
“Report” xəbər verir ki, bunu TASS-a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penyu MKİ-nin COVID-19 pandemiyasının guya Uhandakı laboratoriyadan sızma nəticəsində yayılması ilə baölı iddiaları şərh edərkən bildirib.
Qeyd olunub ki, bunlar köhnə siyasi manipulyasiyadır və inandırıcı deyil: "Virusun mənşəyi mürəkkəb elmi sualdır. Tədqiqatçılar və ekspertlər diqqətli və metodik elmi araşdırmalar aparmalıdırlar. Buna siyasətçilər qərar verməməlidir".
Liu Penyu bildirib ki, Çin virusun mənşəyi məsələsinin siyasiləşdirilməsinə qəti şəkildə qarşıdır. O, bir daha hamını elmə hörmət etməyə və sui-qəsd nəzəriyyələrindən qaçmağa çağırıb. Diplomat vurğulayıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin nəticələri heç bir ciddi sübutla dəstəklənmir. Səfirlik nümayəndəsinin sözlərinə görə, bu, Çini ləkələmək və faktları təhrif etmək məqsədi daşıyır. O, deyib ki, Çin istənilən formada siyasi manipulyasiyaya qətiyyətlə qarşıdır.
Qeyd edək ki, MKİ yanvarın 25-də COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başladığı versiyasına üstünlük verdiyini bildirib.
Çin səlahiyyətliləri və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2021-ci ildə yaydığı birgə hesabatda qeyd edilmişdi ki, COVID-19-un ortaya çıxması üçün ən çox ehtimal olunan ssenari xəstəliyin yarasalardan başqa heyvana ötürülməsi və sonradan insanlara yoluxmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Hədə, yoxsa şou? - Trampa ikinci sui-qəsd cəhdinin qaranlıq məqamları - ANALİZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













