Almaniyada xüsusi klinikadan ruhi xəstə cinayətkarlar qaçıb, əhaliyə xəbərdarlıq edilib
Almaniyada xüsusi klinikadan 4 ruhi xəstə cinayətkar qaçıb, əhaliyə xəbərdarlıq edilib.
Far.Az-ın “Alman dalğası”na istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Bavariyanın Ştraubinq şəhərində qeydə alınıb.
Polisin yaydığı məlumata görə, xüsusi klinikada ruhi xəstələr əməkdaşlardan birinə hücum edib, o, klinikanın qapısını açmağa məcbur olub. Qapı açıldıqda dərhal klinika əməkdaşını sərbəst buraxan 4 ruhi xəstə cinayətkar piyada Alburq şəhəri istiqamətində qaçıblar.
Polis həmin şəxslərin axtarışına vertolyot və xüsusi itlər cəlb edib, fotoları dərc olunub. Eyni zamanda qaçan ruhi xəstələrin təhlükəli olması barədə əhaliyə xəbərdarlıq olunub. Bildirilib ki, sürücülər yolda tanımadıqları şəxsləri avtomobillərinə götürməsinlər, fotolardakı şəxslərdən hər hansı birini görsələr, ona yaxınlaşmasınlar, polisə xəbər versinlər.
Oxşar xəbərlər
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Belarus Ordusunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirilib
İstanbulda fələstinli iş adamına səsboğuculu silahla sui-qəsd edildi - VİDEO
Klinikadan oğurluq ANBAAN kameraya düşdü - VİDEO
Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
NYT: Tehran müharibədən əvvəlki raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb













