İran: ABŞ administrasiyası ilə birbaşa danışıqlar üçün heç bir səbəb yoxdur
İran İslam Respublikasının rəhbərliyi ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birbaşa danışıqlara başlamaq üçün heç bir səbəb görmür.
“Far.Az” xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
O, qeyd edib ki, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması Tehran və Vaşinqton arasında etimadın bərpası üçün ilk addım ola bilər.
"Bunun baş verməsi üçün səbəb olmalıdır. Hazırda mən bunun üçün heç bir səbəb görmürəm. Amma təbii ki, onların hansı siyasət yürüdəcəklərini, dialoq üçün zəmin olub-olmayacağını görmək lazımdır", - nazir deyib.
A.Əraqçi qeyd edib ki, əvvəllər ABŞ ilə birbaşa danışıqlar aparılıb: “Bizim onlarla daimi təmaslarımız oldu, ABŞ rəhbərliyi razılaşmadan çəkilməyə qərar verdi və məndə etibar azalıb. Mən demirəm ki, inamı bərpa etmək mümkün deyil, amma çətindir”.
"Biz inamsızlıq içindəyik" deyən Əraqçi əlavə edib ki, ABŞ tərəfindən müxtəlif yurisdiksiyalarda dondurulmuş İran aktivlərinin kilidinin açılması etimadın bərpası üçün ilk addım ola bilər. "Bir və ya iki addımın etimadı bərpa edəcəyini deyə bilmərəm, çünki bizim münasibətlərimiz çətin yoldan keçib. Düşünürəm ki, Birləşmiş Ştatlar buna nail olmaq üçün nə edilməli olduğunu hamıdan yaxşı bilir", - o, sözlərinə davam edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk













