Nazir müavini: Fevralın 5-dən etibarən temperaturun enəcəyi, küləyin güclənəcəyi və yağıntılar proqnozlaşdırılır
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Nazir müavini vurğulayıb ki, hazırkı hava şəraiti əvvəlcədən proqnozlaşdırıldığı kimidir:
"Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsində inversiya dumanı formalaşır.
Məlumat üçün qeyd edim ki, ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydə alınıb. Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlim normasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır. Əsasən sakit küləksiz havada həm də inversiya qatının yaranması dumanlı hava üçün əlverişli şərait sayılır.
Hazırda Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır".
U.Tağıyeva Azərbaycanda qışın sərt keçəcəyi ilə əlaqədar yayılmış informasiyaların öz əksini tapmadığını bildirib. O qeyd edib ki, həmin məlumatlar ölkənin rəsmi qurumunun yaydığı informasiya deyil:
"Faktiki müşahidələr də bu kimi fərziyyələrin təsdiqini tapmadığı haqqında xəbər verir. Belə ki, dekabr və yanvar aylarında orta aylıq temperatur normadan 1.2 dərəcə yuxarı olub. Fevralın ilk günlərində normadan nisbətən yüksək temperatur rejimi davam edəcək.
Hər il olduğu kimi fevral ayı ərzində də soyuq dövrlər istisna edilmir və əhaliyə bu barədə 3-4 gün öncədən xəbərdarlıqlar təqdim olunur. Fevralın 5-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır. Müxtəlif hava saytları mövcuddur və bəzi hallarda orada təqdim olunan məlumat, rəsmi orqanın məlumatından fərqli olur. Buna görə daha dəqiq məlumatları meteo.az mobil tətbiqindən əldə etmək mümkündür".
Oxşar xəbərlər
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Sentyabr ayının hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq













