Deputat: "Azərbaycanın ərzaq ixracını 2 dəfə artırmaq üçün resursları var"
Azərbaycanın ərzaq ixracını 2 dəfə artırmaq üçün resursları var.
"Far.Az" xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu gün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük problem var: "Son 25 ildə ərzaq məhsullarında baş verən inflyasiya təqribən 500-700 % olub. Bu, dünyada ən çox inflyasiya olunan məhsul qruplarından biridir. 500-700 % təqribən 5-7 dəfə artım deməkdir. Məsələn, neftin qiyməti, demək olar ki, stabil qalır, ən pis halda dəyişəndə iki dəfə arta bilir. Amma ərzağın qiymətinin 5-7 dəfə artması və bunun daha da artması tendensiyası gələcəkdə kifayət qədər real hadisə kimi qəbul olunur. Hesab edirəm ki, bu baxımdan bu gün bu qanun ərzaq təhlükəsizliyimizin təmin olunması üçün mühüm çıxış nöqtəsi kimi qiymətləndirilə bilər".
O qeyd edib ki, ərzaq təhlükəsizliyi səbətində, yəni istehlak səbətində ərzağın payının 32-40 % olması nəzərdə tutulur: "Bu da inflyasiyanın tərkib hissəsi olduğuna görə, məsələ nə qədər əsasdırsa, onun araşdırılması üçün elmi tədqiqatların və elmi tədqiqat institutlarının fəaliyyəti də bir o qədər vacibdir. Dünyada artıq elmi tədqiqat institutlarının özəl modeli geniş yayılıb. Dövlət bu gün təşviq etməsə, həmin sahədə inkişaf mexanizminin formalaşması mümkün olmaya bilər".
Ə. Məhərrəmzadə düşünür ki, özəl elmi tədqiqat institutlarının yaradılması üçün təşviq mexanizmi olsa, bu proses daha mükəmməl şəkildə həyata keçirilə bilər: "Eyni zamanda, elmi tədqiqat institutlarının və ümumilikdə elmi tədqiqatların təşviqi bu sahəyə kifayət qədər böyük irəliləyiş verə bilər. Həmin elmi tədqiqat institutları ərzaq məhsullarının ixracının da təşviqinə töhfə verə biləcək bir sahə ola bilər. Çünki bizdə ərzağın ixracda payı 5-6 % civarındadır. Bunu çox rahatlıqla 10-12 %-ə çatdıra bilərik. Bunun üçün kifayət qədər resurslarımız var".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Qubada aqrar təhsil və istehsalatın inteqrasiyasına həsr olunmuş regional konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır













