Qətər Trampın fələstinlilərin Qəzzaya köçürülməsi təklifinə qarşı çıxıb
Far.Az xəbər saytı

Qətər Trampın fələstinlilərin Qəzzaya köçürülməsi təklifinə qarşı çıxıb


Qətər ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından evsiz fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini dəstəkləmir.

"Report" xəbər verir ki, bunu Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Əl Tani vurğulayıb ki, ölkəsi anklavın əhalisini dəstəkləmək üçün səyləri səfərbər etməyə hazırdır.

"Biz fələstinlilərin məcburi köçürülməsi və deportasiyasının qəti əleyhinəyik. Bizim təklifimiz aydındır və ötən gün Qahirədə keçirilən görüşdə də ifadə olunub", - qətərli nazir qeyd edib.

Xatırladaq ki, yanvarın 25-də ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirmişdi ki, İsrailin hərbi əməliyyatları nəticəsində evlərini itirmiş Qəzza zolağı sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab edir. Söhbət Qəzza zolağından kənara köçürülməli olan 1,5 milyon insandan gedir.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər