Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək
Far.Az xəbər saytı

Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək


Suriya prezidenti Əhməd əş-Şəraa fevralın 4-də Türkiyəyə səfər edəcək.

“Far.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesablarında məlumat verib.

"Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəra prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələr müzakirə olunacaq, iqtisadiyyatın bərpası, Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək", - o qeyd edib.

Oxşar xəbərlər

Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
Fəxrəddin Altun: İqlim böhranı dünyanın bu gününə və gələcəyinə birbaşa təsir edir
Əş-Şəraa Suriyanın ərazi bütövlüyünü bərpa edəcəyinə söz verib
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər