Santorini adasında zəlzələdən sonra məktəblər bağlanıb
Yunanıstanın Santorini, Amorqos, Paros, Antiparos və Naksos adalarında hakimiyyət orqanları silsilə yeraltı təkanlardan sonra məktəb və uşaq bağçalarının bağlanması ilə bağlı göstəriş veriblər.
“Far.Az” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Kathimerini" nəşri yazır.
Seysmoloqlar daha güclü yeraltı təkanların olacağını istisna etmirlər. Xilasedicilər ehtiyat tədbiri kimi insanların müvəqqəti yerləşdirilməsi üçün çadırlar qurublar.
Hotel sahiblərinə binaların dağılması risklərini azaltmaq üçün tədbirlər görmək tapşırılıb. Yerli sakinlərə və turistlərə qapalı məkanlarda böyük qruplar şəklində toplaşmaqdan çəkinmək tövsiyə olunur.
Qeyd edək ki, fevralın 2-də Santorini yaxınlığında bir sıra yeraltı təkanlar baş verib. Fevralın 3-nə keçən gecə seysmoloqlar 4,2 maqnitudalı yeni zəlzələ barədə məlumat veriblər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Yunanıstanın Kiklad adalarında iki gündə 200 zəlzələ olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













