Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Bakı Şəhər Halqası marşallar üçün genişmiqyaslı təlimlər keçir
Far.Az report-a istinadən xəbər verir ki, təlimin məqsədi baş verə biləcək müxtəlif hadisələrə uyğun olaraq təhlükə və maneələrin marşallar tərəfdən tez bir zamanda aradan qaldırılmasına yönəlib.
Avropa Oyunları Parkında yerləşən Bakı Şəhər Halqası Təlim Mərkəzində təşkil olunan təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə Bakı yarışının idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılır.
Praktiki hissədə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq edirlər.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 sentyabrın 13-dən 15-dək baş tutacaq və yarış müddətində 1 250 marşal cəlb ediləcək. Ümumilikdə builki Bakı yarışında marşal olaraq iştirak etmək üçün 2 800 müraciət daxil olub, bunlardan 2 510-u yerli, 290-u isə əcnəbi marşallardır.
Far.Az
Oxşar xəbərlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə Bakıda bəzi yollardan istifadə məhdudlaşdırılacaq
Formula-1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













