ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxıb
ABŞ Prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları Şurasından (BMT İHŞ) və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxmaq barədə icra fərmanı imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Sənəddə başqa təfərrüatlar qeyd olunmayıb.
ABŞ artıq Trampın birinci prezidentlik müddətində BMT İHŞ-dən çıxmışdı. Vaşinqton uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli yanaşmaqda və insan hüquqlarını pozan hökumətləri müdafiə etməkdə günahlandırır.
Yanvar ayında BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak bildirib ki, ABŞ-nin BMT qarşısında ümumi borcu 2,8 milyard dollara çatıb.
Ötən ay Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə fərman imzalayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













