Uqandada Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsi saxlanılıb
Far.Az xəbər saytı

Uqandada Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsi saxlanılıb


Uqanda polisi Mərkəzi Bankın elektron sistemlərinə kiberhücum nəticəsində 62 milyard şillinqin (16,87 milyon dollar) oğurlanması ilə bağlı aparılan araşdırma çərçivəsində Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsini saxlayıb.

“Far.Az” “Reuters”ə istinadən xəbər verir ki, saxlanılanlar arasında nazirliyin baş mühasibinə təhkim olunmuş əməkdaşlar var. Onlar istintaqa kömək etmək üçün Cinayət Araşdırmaları İdarəsinə çağırılaraq saxlanılıblar.

Polis və Maliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Xəzinədarlıq Departamentinin yüksək vəzifəli nümayəndəsi də var.

Maliyyə naziri Henri Musasizi hələ noyabrda yerli KİV-ə Mərkəzi Bankın hesablarının sındırılması və vəsaitlərin oğurlanması faktını təsdiqləyib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Çinlə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinə kiberhücum ediblər
Araşdırma: ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib
Uqandada Ebola virusu əleyhinə peyvəndin sınaqlarına başlanılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər