Fransada məktəb avtobusu sürücüləri arasında 40-dan çox narkotik aludəçisi aşkarlanıb
Far.Az xəbər saytı

Fransada məktəb avtobusu sürücüləri arasında 40-dan çox narkotik aludəçisi aşkarlanıb


Fransada məktəb avtobusu sürücülərinin narkotik və alkoqol testi zamanı 40-dan çox narkotikdən istifadə faktı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Fransua Buffe “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Nəqliyyat naziri Filipp Tabaro və hüquq-mühafizə qüvvələrimizlə birlikdə məktəb avtobusu sürücülərinə nəzarət etmək üçün əməliyyat keçirdik. İki gün ərzində aparılan 8 mindən testdən 44-də narkotik, 5-də spirtli içki aşkarlanıb”, - o yazıb.

Qeyd olunur ki, sürücülərin yoxlanılması cümə gününə qədər davam edəcək. Yoxlamalar yanvarın 30-da 15 yaşlı şagirdin ölümü və 24 həmyaşıdının yaralanması ilə nəticələnən məktəb avtobusu qəzasından sonra başlayıb. Şəhərkənarı şose ilə hərəkət edən avtobus yoldan çıxaraq xəndəyə düşüb. İlkin məlumata görə, qəzanın günahkarı insidentdən sonra qanında kannabis istifadəsinin izləri aşkar edilən sürücüdür.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər