ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü El Qrin Donald Trampa qarşı impiçmentin müzakirəsini təklif edəcək.
“Report” xəbər verir ki, siyasətçi bu barədə qanunvericilik orqanının rəsmi saytında yayımlanan iclas zamanı bəyan edib.
"Prezident Trampa qarşı impiçment elan etmək üçün iş artıq başlayıb. Mən onun təklifləri və əməllərinə görə ona qarşı impiçment layihəsini təqdim edəcəyəm", - konqresmen bildirib.
Qrinin fikrincə, Tramp Qəzza sektoru ilə bağlı son bəyanatlarına görə hakimiyyətdən kənarlaşdırılmağa layiqdir.
Qeyd edək ki, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı Qəzza sektorunun sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib.
Bundan əlavə, o söyləyib ki, ABŞ Qəzza sektorunu nəzarətə götürməyə, onu partlamamış sursatlardan təmizləməyə və dağılmış binaları sökməyə hazırdır.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













