Azərbaycandakı sənaye zonalarında ötən il 3,3 milyard manatlıq satış olub
2024-cü ildə Azərbaycandakı sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşüb.
"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Onun sözlərinə görə, ümumilikdə 2015-ci ildən sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.
"2023-cü illə müqayisədə ixrac 8,1% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar 70-dən çox ölkəyə satılıb. Əsasən polimer, karbamid, sürtgü yağlarının, şüşə lövhələrin, polad boruların, kabel, sulfat turşusunun, tütün məmulatlarının, keramik plitələrin, ipliklərin, divar kağızlarının, müxtəlif təyinatlı ayaqqabıların və s məhsulların ixracı həyata keçirilib. 2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6 %, ixracında isə 26 % təşkil edib"-deyə sədr qeyd edib.
Oxşar xəbərlər
Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













