İspaniya XİN başçısı İsrailin fələstinlilərin Qəzzadan köçürülməsi ilə bağlı planını rədd edib
Far.Az xəbər saytı

İspaniya XİN başçısı İsrailin fələstinlilərin Qəzzadan köçürülməsi ilə bağlı planını rədd edib


İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İsrailin müdafiə naziri İsrael Katzın fələstinlilərin Qəzzadan digər ölkələrə, o cümlədən İspaniyaya köçürülməsi ilə bağlı planını rədd edib.

"Report" xəbər verir ki, nazir bunu RNE radiostansiyasına müsahibəsində bildirib.

"İspaniya öz suveren qərarlarını qəbul edir və heç bir üçüncü tərəf ona nə etməli olduğunu deməməlidir. Bizim Ukrayna və Fələstinlə bağlı eyni mövqeyi əks etdirən ardıcıl xarici siyasətimiz var. Bizim mövqeyimiz çox aydındır", - o bildirib.

Nazirin sözlərinə görə, heç kim fələstinlilərin və xüsusilə Qəzza sakinlərinin hara getməli olduğu barədə müzakirələrə qoşulmamalıdır, çünki "Qəzza fələstinlilərinin torpağı, İspaniyanın və planetin əksər ölkələrinin istədiyi kimi gələcək Fələstin dövlətinin bir hissəsi olmalı olan Qəzzadır".

X.M.Albares vurğulayıb ki, İspaniyanın Fələstin xalqı ilə həmrəyliyi səbəbindən krallıq bəzən fələstinliləri, məsələn, xəstə uşaqları və ya qaçqınları qəbul edir, lakin "fələstinlilərin yeri Fələstin, Qəzza sakinlərinin yeri isə Qəzzadır".

Qeyd edək ki, daha əvvəl İ.Katz orduya Qəzza sakinlərinin anklavı könüllü tərk edərək dünyanın istənilən nöqtəsinə getməsinə imkan verən plan hazırlamağı tapşırıb. Nazirin fikrincə, "Qəzza sektorunda fəaliyyətinə görə İsrailə qarşı yalan ittihamlar irəli sürən" ölkələr hər bir fələstinlini qəbul etməyə borcludur. Söhbət İspaniya, İrlandiya və Norveçdən gedir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər