UNICEF: Haitidə uşaqlara qarşı cinsi zorakılıq 1 000 % artıb
Haitidə cinayətkar dəstələrin hökmranlığı uşaqlara qarşı cinsi zorakılığın dəhşətli dərəcədə – 1 000% artmasına səbəb olub.
“Far.Az” xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatında bildirilib.
UNICEF-in nümayəndəsi Ceyms Elder bildirib ki, Karib adası bir neçə ildir amansız bandaların əlində qalıb və onlar əhaliyə qarşı amansız davranırlar.
Təşkilatın məlumatına görə, 2023-cü ildən uşaqlara qarşı cinsi zorakılıq 1 000% artıb, eyni zamanda paytaxt Port-o-Prensin 85 %-i bandaların nəzarətindədir. Bir milyondan çox uşaq daimi zorakılıq təhlükəsi altında yaşayır.
Elder alış-veriş üçün evdən çıxan və silahlı şəxslər tərəfindən ələ keçirilən 16 yaşlı qızın nümunəsini gətirib. Onu döyüblər, narkotik maddələrlə zəhərləyiblər və dəfələrlə zorlayıblar. Ailəsinin fidyə ödəyə bilməyəcəyini başa düşən banda onu bir ay saxladıqdan sonra buraxıb.
“Haitidə hədə-qorxu ilə pul tələb etmək üçün adam oğurluğu adi haldır. İndi qız digər onlarla qızla birgə yardım alan BMT sığınacağındadır”, – o deyib.
Hesabatda həmçinin qeyd olunub ki, ötən il Haiti qruplaşmalarının zorakılığı nəticəsində 5 600-dən çox insan ölüb.
UNICEF-in məlumatına görə, uşaqlar həmçinin, bəzən zorla, bandalara cəlb olunur. Təşkilat 8 yaşında olan banda üzvü uşaqlarla qarşılaşıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













