“Mətanət A” şirkəti beynəlxalq bazarlara çıxır - Özbəkistanda zavod tikəcək
Far.Az xəbər saytı

“Mətanət A” şirkəti beynəlxalq bazarlara çıxır - Özbəkistanda zavod tikəcək


Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Daşkənddə onun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin görüşü keçirilib.

Görüşdə “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov də iştirak edib.

O, bildirib ki, şirkətin ən son innovativ texnologiyalara əsaslanan zavodları bu gün uğurla fəaliyyət göstərir: “Onların arasında əhəng istehsalı zavodu, lak-boya zavodu, son innovativ alman texnologiyaları ilə tikilmiş gips və gipskarton (alçıpan) zavodu, kalsium karbonat, perlit istehsalı zavodu, quru tikinti qarışıqları, beton əlavələri zavodu, müxtəlif çeşiddə izolyasiya materialları, fasad və divar panelləri istehsalı zavodu, eləcə də zavodun layihələndirilməsi, avadanlıq istehsalı və zavodun açar təhvil verilməsi ilə məşğul olan maşınqayırma zavodunu qeyd etmək istərdim. Bu zavodlarla yanaşı, mineral daş yunu istehsalı zavodunun tikintisi də tam başa çatdırılıb. Zavod açılışa şirkətimizdə xammalın çıxarılması və istifadəsi ilə bağlı məsələləri həll etdikdən sonra təqdim ediləcək. Ən son innovativ alman texnologiyaları və nadir ixtiralar əsasında qurulan bu zavod dünyada ilk dəfə olaraq Azərbaycanda tikilib”.

E.Bəşirovun sözlərinə görə, Özbəkistanın Qaşkadərya vilayətində gips və gipskarton (alçıpan) məhsullarının istehsalı zavodunun tikintisi də nəzərdə tutulur: “Biz öhdəliyimizə uyğun olaraq artıq 50 il müddətinə gips daşının çıxarılması üçün lisenziya almışıq. Bu bizə hərrac yolu ilə deyil, birbaşa danışıqlar nəticəsində verilib. Zavodun tikintisi üçün bizə artıq torpaq sahəsi də ayrılıb. Əminəm ki, şirkətimiz bundan sonra da böyük layihələr hazırlayaraq Azərbaycan və qardaş Özbəkistanın iqtisadiyyatına mühüm töhfələr verəcək”.

Daha sonra Qaşqadəryada “Mətanət A" Şirkətlər Qrupuna aid “Gips və Gipskarton (alçıpan) məhsulları istehsalı zavodu”nun təməlqoyma mərasimi baş tutub.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər