Almaniya hərbi bazası üzərində naməlum dronlar aşkarlanıb
Almaniyanın şimalında Huzum şəhəri (Şlezviq-Holşteyn federal torpağı) yaxınlığındakı aviabaza üzərində naməlum pilotsuz uçuş aparatları müşahidə edilib.
“Report” xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti Almaniya Müdafiə Nazirliyinin məxfi hesabatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, yanvarın 9-dan 29-dək Şvezinqdəki (Şlezviq-Holşteyn federal torpağı) aviabaza üzərində naməlum peşəkar pilotsuz uçuş aparatlarının iştirakı ilə ümumilikdə altı insident baş verib. Qəzet qeyd edib ki, Şvezinqdəki Almaniyanın HHQ bazasında HHM bölmələrinin hazırlığı üzrə tədris mərkəzi yerləşir. Hərbçilər “Patriot” raketdən müdafiə sistemindən (RMS) istifadə bacarıqlarına yiyələnirlər. Nəşrin bildirdiyinə görə, mərkəzdə ukraynalı hərbçilər də təlim keçir.
“Süddeutsche Zeitung” vurğulayıb ki, Bundesverin (Silahlı Qüvvələr) Əməliyyat Komandanlığı bir neçə pilotsuz uçuş aparatının uçuşunun aşkar edilməsi faktını təsdiqləsə də, “hərbi təhlükəsizliyin təmin edilməsi və əməliyyat mülahizələrinə görə əlavə təfərrüat verə bilməyəcəklərini” açıqlayıblar.
Qəzetin məlumatına görə, söhbət, ehtimal ki, Silahlı Qüvvələrin müdafiə tədbirlərinin “aciz qaldığı” “kiçik pilotsuz uçuş aparatlarından (KPUA)” gedir. Qəzet qeyd edib ki, dronların operatorlarını da heç bir halda aşkar etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













