Sorğu: Amerikalılar Baydeni ABŞ-nin yaşayan ən pis prezidenti hesab edirlər
ABŞ-nin keçmiş prezidenti Co Bayden müxtəlif vaxtlarda Ağ Evin rəhbəri vəzifəsini tutan siyasətçilər arasında ən aşağı reytinqə malikdir.
“Far.Az”un “The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu “Gallup” sorğusunun məlumatları sübut edir.
Belə ki, respondentlərin 39%-i Baydenin 2021-2025-ci illərdə prezident kimi fəaliyyətini bəyənib, 57%-i isə onun işini mənfi qiymətləndirib. Respondentlərin 48 faizi həm 1993-2001-ci illərdə prezident olmuş Bill Klinton, həm də Donald Tramp (birinci müddətində) haqqında müsbət fikirdə olub.
2009-2017-ci illərdə Ağ Evə rəhbərlik etmiş Barak Obama amerikalılardan ən yüksək bəyənmə reytinqini alıb: 59% onun prezident kimi fəaliyyətini müsbət, 36% mənfi qiymətləndirib. Sorğu iştirakçılarının qalan hissəsi cavab verməkdə çətinlik çəkib.
2001-2009-cu illər arasında prezident olan Corc Buşun fəaliyyəti respondentlərin 52%-i tərəfindən bəyənilib, 34%-i onun fəaliyyəti haqqında mənfi fikir səsləndirib. Sorğu 2025-ci il yanvarın 21-dən 27-dək aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klinton, Buş və Obama Trampın inauqurasiya naharında iştirak etməyəcəklər
Donald Trampın inauqurasiya mərasimi başa çatıb - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klinton xəstəxanaya yerləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













