WSJ Ukraynada “F-16” qəzasının yeni təfərrüatlarını açıqlayıb
2024-cü ilin avqustunda “F-16” qırıcısını Ukrayna ordusu vura bilərdi, çünki o, NATO ölkələri tərəfindən istifadə edilən və yerüstü hava hücumundan müdafiə üçün dost-düşmən identifikasiyası sistemi kimi xidmət edən “Link 16” taktiki rabitə sisteminə qoşulmamışdı.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, Ukrayna bu barədə rəsmi məlumat verməsə də, qurğu “Patriot” hava hücumundan müdafiə sisteminin atəşi nəticəsində vurulub.
“F-16”lar Ukraynaya gələndə Bayden administrasiyası iddiaya görə, yerüstü hava hücumundan müdafiə sistemlərinin dostu düşməndən ayırmağa kömək edən əsas texnologiyanı gizlədib.
“Situasiyadan xəbərdar olmaq üçün Birləşmiş Ştatlar və onun Avropalı müttəfiqləri Link 16 adlı taktiki şəbəkədən istifadə edirlər ki, bu şəbəkə bütün iştirakçıların real vaxt rejimində görünməsini təmin edir - təyyarələr, yerüstü bölmələr, yerüstü hava hücumundan müdafiə və komandanlıq və idarəetmə və s. Bu görünürlük əməliyyatları müttəfiqlər üçün daha təhlükəsiz, düşmən üçün isə daha ölümcül edir. Link 16 həmçinin pilotların düşmən raketləri və pilotsuz təyyarələri ilə qarşıdurma riskini azaldır, onların yerüstü həmkarlarının təyyarələrinin harada olduğunu bilməsini təmin edir”, - məqalədə deyilir.
Həmçinin vurğulanıb ki, qırıcıların gəlişi zamanı nə onlar, nə də ölkənin hava hücumundan müdafiə sistemləri “Link 16”dan istifadə etmək üçün təchiz olunmayıb.
“İlk “Patriot” raket sistemləri Ukraynaya 2023-cü ilin aprelində gəlib. Həmin vaxt “Link 16” Ukraynaya göndərilən “Patriot”dan çıxarılıb, çünki heç kim Ukrayna Silahlı Qüvvələrinin yaxın gələcəkdə “F-16”lar alacağını gözləmirdi”, - nəşr yazıb.
Pentaqon Ukraynada vurulan Amerika qırıcısının “Link 16” ilə əlaqəsi olub-olmaması barədə məlumatı nəşrə açıqlamaqdan imtina edib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













