KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər
Far.Az xəbər saytı

KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər


ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər.

“Far.Az”un Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi amerikalı hərbçilərin Pxenyandan gələn təhlükə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, o zaman onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil suveren dövlətlərə qarşı düşmənçilik siyasətindən ardıcıl olaraq əl çəkməkdir”, - hərbi departamentin nümayəndəsi qeyd edib.

O, həmçinin vurğulayıb ki, KXDR silahlı qüvvələrinin potensialının artırılması bütün cari və gələcək təhdidlərin effektiv qarşısını almağa imkan verir, regionda suveren dövlətin özünümüdafiə hüququ olan strateji paritetini təmin edir.

Bundan əlavə, Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, ABŞ öz ərazisini qorumaq adı altında raketdən müdafiə sisteminin yaradılmasını təşviq edir, lakin reallıqda bu addımlar digər ölkələrə qarşı qabaqlayıcı zərbə endirmək və kosmosun hərbiləşdirilməsinə yönəlib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər