Danimarkanın Baş naziri: NATO-ya üzvlük Ukraynanın əldə edə biləcəyi ən yaxşı şeydir
Far.Az xəbər saytı

Danimarkanın Baş naziri: NATO-ya üzvlük Ukraynanın əldə edə biləcəyi ən yaxşı şeydir


NATO ölkələri Ukraynaya silah tədarük etmək vədlərini yerinə yetirməlidir.

"Far.Az"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.

"Mən bir neçə ildir ki, dəfələrlə demişəm: xahiş edirəm, Ukrayna üçün qırmızı xətləri aradan qaldırın. Bəzi müttəfiqlər buna qarşı olsalar da, Ukraynaya verilə biləcək ən yaxşı şey NATO-ya üzvlükdür. Əgər onlar NATO-nun üzvü olsaydılar, biz Ukraynada heç vaxt müharibə etməzdik", - o bildirib.

Frederiksen Ukraynaya silah tədarükünün vacibliyini də vurğulayıb: "Keçən il müttəfiqlər Vaşinqtonda Ukraynaya ən azı altı və ya yeddi hava hücumundan müdafiə sistemi verəcəklərini vəd ediblər. Hava hücumundan müdafiə olmadan ölkəni qoruya bilməzsiniz".

Oxşar xəbərlər

Danimarkanın Baş naziri: Müdafiə xərclərini artıracağıq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şimal ölkələrinin liderləri Qrenlandiyanı müzakirə ediblər
Fon der Lyayen: Aİ Ukraynanın birliyə üzvlük prosesini sürətləndirməyi planlaşdırır
Danimarka Ukraynaya altı F-16 qırıcısı göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər