Konqo DR Ordusu Bukavu şəhərinə nəzarəti bərpa edib
Far.Az xəbər saytı

Konqo DR Ordusu Bukavu şəhərinə nəzarəti bərpa edib


Konqo Ordusu daha əvvəl M23 hərəkatının üsyançılarının ələ keçirdiyi Şərqi Kivu əyalətinin inzibati mərkəzində növbəti dəfə nəzarəti təmin edib.

“Far.Az” xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikası Prezidentinin Ofisi Feliks Tşisekedi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“M23 terrorçularının qısa müddətə zəbt etdiyi Bukavu şəhəri Konqo ordusu və igid (özünümüdafiə dəstələri – red.) “Vazalendo”nun nəzarətindədir”, - məlumatda bildirilib.

"Konqolu Actualite" portalı qeyd edir ki, bir neçə bölgəsində xaos müşahidə olunan Bukavuda vəziyyət gərgin olaraq qalır. Hazırda bəzi yerlərdə atəş səsləri eşidilir və talanlar davam edir.

Xatırladaq ki, yanvarın sonunda Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhəri tutulmuşdu.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“M23” üsyançıları Konqonun şərqində irəliləyir
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər