Bundesbank rəhbəri: Almaniya ABŞ-nin ticarət rüsumlarına qarşı xüsusilə həssasdır
Almaniya ABŞ-nin ticarət rüsumlarına qarşı xüsusilə həssasdır və bu, artıq iki illik tənəzzüldən əziyyət çəkən iqtisadiyyatın böyüməsinə zərər verə bilər.
“Far.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Bankının (Bundesbank) prezidenti Yoahim Nagel Frankfurtda keçirilən tədbirdə bildirib.
O, struktur problemlərlə yanaşı, Çində istehsala verilən subsidiyalar və Almaniyanın özündə istehsal xərclərinin artması, o cümlədən enerji qiymətlərinin artması fonunda dünya bazarlarında rəqabət qabiliyyətinin və payının itirilməsi ilə şərtlənən Almaniyanın ixracyönümlü sənayesinin uzun müddət davam edən zəifliyini qeyd edib.
Ekspertin fikrincə, bu zəiflik Almaniyanın ÜDM-nin 2003-cü ildən bəri ilk dəfə 2024-cü ildə ardıcıl ikinci il azalmasına səbəb olub. 2024-cü ildə inflyasiya və təqvim faktorlarına uyğunlaşdırılan ölkə iqtisadiyyatının 0,2 % azalacağını deyən Nagel bu il vəziyyətin ciddi şəkildə yaxşılaşma ehtimalının olmadığını bildirib.
Bundesbankın dekabr ayı üçün proqnozu göstərir ki, 2025-ci ildə Almaniya ÜDM-nin artımı cəmi 0,2 % olacaq, hərçənd iyunda bu rəqəm 1,1 % idi.
“Gələcək perspektivlər yüksək qeyri-müəyyənliklə doludur və ABŞ-dəki siyasi dəyişiklik ilə daha da güclənir”, - Nagel söyləyib.
Onun fikrincə, 2023-cü ildə mütləq ifadədə ABŞ-yə ən böyük Avropa ixracatçısı olan Almaniyanın ixracyönümlü iqtisadiyyatı Amerika proteksionizmindən çox əziyyət çəkəcək.
Nagel qeyd edib ki, Vaşinqtonun siyasət dəyişikliyindən təkcə Almaniya iqtisadiyyatı deyil, həm də ABŞ-nin özü zərər görəcək: “Alıcılıq qabiliyyətinin itirilməsi və istehsal resurslarının dəyərinin artması Amerika sənayesinin rüsumlardan əldə edə biləcəyi istənilən rəqabət üstünlüyünü üstələyəcək. Proteksionizm bütün tərəflərin rifahının azalmasına gətirib çıxarır”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













