Avropa liderləri Makronun təşəbbüsü ilə keçirilən Ukrayna sammitində mübahisə ediblər
Far.Az xəbər saytı

Avropa liderləri Makronun təşəbbüsü ilə keçirilən Ukrayna sammitində mübahisə ediblər


Avropanın dövlət başçıları Fransa prezidenti Emmanuel Makronun Parisdə Ukrayna üzrə keçirdiyi təcili sammitdə mübahisə ediblər.

“Far.Az” xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

"ABŞ Prezidenti Donald Trampın Rusiya tərəfi ilə sülh danışıqlarına vahid mövqe nail olmaq məqsədi daşıyan təcili görüşdə Avropa ölkələrinin liderləri arasında Ukraynaya qoşun göndərilməsi ilə bağlı münaqişə yaranıb", - məlumatda qeyd olunub.

Məqalədə bildirilib ki, Almaniya, İtaliya, Polşa və İspaniya öz silahlı qüvvələrinin Ukraynaya göndərilməsinə qarşı çıxıblar.

Qeyd edək ki, Makronun təşəbbüsü ilə bazar ertəsi Parisdə bir sıra Avropa liderlərinin ABŞ-nin mövqeyi, o cümlədən Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son danışıqlar fonunda Ukrayna və Avropada təhlükəsizlik məsələlərini müzakirə etmək üçün qeyri-rəsmi sammiti keçirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər