Çin XİN: Ukrayna böhranının nə "yaradıcısı", nə də tərəfiyik
Çin tərəfi Ukrayna böhranı ilə bağlı qərəzsiz mövqe tutur və münaqişədən faydalanmağa çalışmır.
“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Qo Tszyakun brifinqdə Ukraynaya Çin sülhməramlı qüvvələrinin göndərilməsi mümkünlüyünü şərh edərkən bildirib.
"Çin Ukrayna böhranı ilə bağlı dəfələrlə səsləndirdiyi qərəzsiz mövqeyini ardıcıl şəkildə davam etdirir", - o söyləyib.
Münaqişə kontekstində hipotetik sülh sazişində Pekinin oynaya biləcəyi roldan danışan diplomat qeyd edib ki, Çin Ukrayna böhranının nə "yaradıcısı", nə də tərəfidir.
"Çin böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləməyə, maraqlı tərəflərlə əlaqə saxlamağa və böhranın siyasi həllində konstruktiv rol oynamağa davam edəcək", - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













