Dujarrik: Rusiya-Ukrayna münaqişəsinin həllində hər iki tərəf iştirak etməlidir
Rusiya-Ukrayna münaqişəsinin istənilən şəkildə həllində həm Ukrayna, həm də Rusiya Federasiyası iştirak etməlidir. Bu proses beynəlxalq hüquq prinsiplərinə, BMT-nin müvafiq qətnamələrinə və Ukraynanın ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyimizə uyğun olmalıdır.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunları BMT Baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı son günlərdə aparılan müzakirələrdə rəsmi Kiyevin iştirak etməməsi ilə bağlı narazılıqlara cavab olaraq bildirib.
O vurğulayıb ki, BMT Baş katibinin mövqeyinə uyğun olaraq təşkilat münaqişənin sona çatmasına kömək üçün əlindən gələni etməyə davam edəcək:
“Biz Rusiya Federasiyası ilə ABŞ arasında aparılan müzakirələri yaxından izləyirik. Bütün üzv dövlətlər arasında müsbət dialoqu dəstəkləyirik. Lakin hamıya aydındır ki, Rusiya Federasiyası və Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının iki daimi üzvü kimi mühüm rol oynayır”.
Qeyd edək ki, ABŞ və Rusiyanın yüksək səviyyəli diplomatları çərşənbə axşamı Səudiyyə Ərəbistanında iki ölkə arasındakı münasibətləri və Rusiyanın Ukraynada apardığı müharibəyə son qoyulması perspektivlərini müzakirə etmək üçün görüşlərə başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













