Duda: ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırmır
Far.Az xəbər saytı

Duda: ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırmır


ABŞ nümayəndələri Polşa rəhbərliyini əmin ediblər ki, Vaşinqton Polşada və bütövlükdə Avropada ABŞ qoşunlarının mövcudluğunu azaltmaq niyyətində deyil.

"Far.Az"un xəbərinə görə, bunu Polşa dövlət başçısı Anjey Duda ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqla görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Bizi əmin ediblər ki, Avropanın bizim hissəsində aktivliyi azaltmaq və ya qoşunların sayını azaltmaq niyyəti yoxdur”, - Duda bildirib.

Polşa lideri onu da söyləyib ki, o, Ukraynada ən azı hərbi əməliyyatların dayandırılmasını gözləyir: "Fikrimcə, ABŞ Ukraynada müharibənin başa çatması məsələsində çox güclü şəkildə oyuna daxil olub. Nəticədə, həqiqətən də, ən azı hərbi əməliyyatların dayandırılacağını gözləyirəm".

Qeyd edək ki, Avropada ABŞ-nin 100 minə yaxın hərbçisi var. Onların 10 min nəfəri Polşadadır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Polşa Prezidenti Anjey Duda Kiyevə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər