Cənubi Koreyanın Baş nazirinə martda impiçment oluna bilər
Cənubi Koreya Baş naziri Han Dok Sunun impiçmenti üzrə məhkəmə qərarı artıq martda çıxarıla bilər.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Koreya Respublikasının Konstitusiya Məhkəməsi Baş nazir Han Dok Sunun impiçmenti ilə bağlı işdə tərəflərin mübahisələrini ilk məhkəmə iclasının başlamasından bir saat yarım sonra başa çatdırmağı qərara alıb. Qərarın elan edilməsi tarixi bu gün müəyyən edilməyib. Lakin hakimlərin müşavirəsi, yekun qərarın qəbulu, qərar mətninin tərtib edilməsi və elan edilməsindən ibarət adi prosedur keçilərsə, bunun mart ayı ərzində baş verəcəyi gözlənilir", - agentlik yazıb.
Bu gün keçirilən məhkəmə iclasında parlamentin qərarı ilə qanunsuz hərbi vəziyyətin tətbiqinə göz yummaqda və təşviq etməkdə ittiham olunaraq müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan Han Dok Su Prezident Yun Sok Yolun planları barədə əvvəlcədən məlumatlı olmadığını bildirib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













