Danimarka müdafiə üçün əlavə 7 milyard dollar ayıracaq
Far.Az xəbər saytı

Danimarka müdafiə üçün əlavə 7 milyard dollar ayıracaq


Rəsmi Kopenhagen 2025 və 2026-cı illərdə ölkənin müdafiəsini inkişaf etdirmək üçün əlavə 50 milyard kron (7 milyard dollar) ayıracaq.

“Far.Az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen bildirib.

Qeyd olunub ki, vəsaitin əsas hissəsi hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsinə yönəldiləcək.

Bundan əvvəl “Berlingske” qəzeti məlumat verib ki, Danimarka hökuməti müdafiə xərclərini ÜDM-in 3%-nə çatdırmağı planlaşdırır.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Danimarkanın Baş naziri: Müdafiə xərclərini artıracağıq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Danimarkanın Baş naziri: NATO-ya üzvlük Ukraynanın əldə edə biləcəyi ən yaxşı şeydir
Şimal ölkələrinin liderləri Qrenlandiyanı müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər