Avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - VİDEO
Bakının Yasamal rayonunda daha bir küçədə ictimai nəqliyyatın rahat hərəkəti üçün xüsusi hərəkət zolağı təşkil edilib.
Söhbət metronun "İnşaatçılar" stansiyasının qarşısından keçən Abbas Mirzə Şərifzadə küçəsindən gedir. Zolaq küçədə bir istiqamət üzrə çəkilib. Yəni Abbas Mirzə Şərifzadə küçəsinin İsfəndiyar Zülalov küçəsi ilə kəsişmədən başlayan zolaq Müzəffər Həsənov küçəsi ilə kəsişməyə qədər davam edir. Zolağın ümumi uzunluğu 4 km-dən çoxdur. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Bununla belə, zolaqda hələ də avtomobil park edənlər var idi. Polis əməkdaşları mütəmadi olaraq ora baxış keçirib, qayda pozanlara protokol tətbiq edirdilər.
Bu arada Şərifzadə küçəsində xüsusi zolağın çəkilməsi həmin yolun kənarında olan obyekt sahiblərinin narazılığına səbəb olub. Onlar müştərilərinin zolağa görə yolun kənarında avtomobil saxlaya bilmədiklərini deyirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, zolaqların təşkili avtobusların, eyni zamanda, operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Ətraflı süjetdə:
BAKU.WSOxşar xəbərlər
Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI













