Azərbaycanda közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulmasının səbəbi açıqlanıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov məlumat verib.
Nazir müavini bildirib ki, 1 led lampasının istifadə müddəti boyunca 10-dan çox közərmə lampası xarab olur: "İstehlakçı bunu görmür, qısamüddətli hesablama aparır. Buna görə inzibati müdaxiləyə ehtiyac yaranır. 1 led lampası 6 manatdır, 1 közərmə lampası 60 qəpikdir. Amma vətəndaş uzunmüddətli hesablama aparmır. Buna görə biz müdaxilə etməyə qərar vermişik. Bu müdaxilənin nəticəsi 1 ildə 30 milyon kub metr qaza qənaət, yəni Naxçıvanın 2 ay qazla təmin olunması deməkdir".
Qeyd edək ki, yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək. Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək. Qanun qəbul ediləcəyi təqdirdə 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi
-
Yaponiyada 1400 yanğınsöndürən güclü meşə yanğınları ilə mübarizə aparır
-
ABŞ-nin ədliyyə naziri: Trampın qəbulunda baş verən atışma ilə bağlı istintaq davam edir
-
Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu
-
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər bu gün imtahan verəcək













