7000 yaşlı od yandırma alətləri tapılıb
Çinin şərqində Jiangsu vilayətində yerləşən Tsao-yanqan qəbir sahəsində arxeoloqlar tərəfindən təxminən 7000 yaşlı od yandırma alətləri tapılıb.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, bu tapıntı Çində odun əldə etmə texnologiyasına dair bu günə qədər aşkar edilmiş ən erkən fiziki dəlilləri təqdim edir.
Tapıntılar zamanı 60 santimetrdən çox uzunluqda taxta maşa və 30 santimetr uzunluğunda od lövhəsi aşkar edilib. Lövhənin səthində aydın yanma izləri olan qara dairəvi çöküntülər mövcuddur. Bundan əlavə, lövhənin bir ucunda ip bağlamaq üçün istifadə edildiyi ehtimal edilən dairəvi bir kanal da tapılıb.
Çin Mədəni Əsərlər Cəmiyyətinin üzvü Liu Zheng bildirib ki, "Bu kəşf, Çin sivilizasiyasının yaranışının açarını verir."
Bu tapıntı Çin tarixində od yandırma texnologiyasının inkişafı barədə daha dərin anlayış təmin edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
953 il əvvəl baş verən Malazgird döyüşünə aid tapıntılar aşkarlandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













