Azərbaycan ABŞ-yə yumurta satacaq
Far.Az xəbər saytı

Azərbaycan ABŞ-yə yumurta satacaq


"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkəmizdən Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracına başlayır".

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, ötən ildən ABŞ-də quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin artması müşahidə olunmaqdadır. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.

Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan "Giləzi Quşçuluq" ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm yumurta ixracına başlayır:

"ABŞ-yə ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək. Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat dörd milyona yaxındır. Faktiki istehsal isə altı milyon civarındadır. Bu istehsalın az bir qismi ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ?- ARAŞDIRMA
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər