Türkiyə TDT sammitində Novruzu türk xalqlarının ümumi milli bayramı elan etməyi təklif edəcək
Far.Az xəbər saytı

Türkiyə TDT sammitində Novruzu türk xalqlarının ümumi milli bayramı elan etməyi təklif edəcək


Türkiyə Macarıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitində Novruz bayramını bütün türk xalqlarının ümumi milli bayramı elan etməyi təklif etmək niyyətindədir.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə deyib.

Ərdoğan Novruzun türk xalqlarının tarixində və mədəniyyətində mühüm yer tutduğunu qeyd edərək TDT ölkələrinin bu təşəbbüsü dəstəkləyəcəyinə ümidvar olduğunu ifadə edib.

"Artıq bizim də Novruzu bütün qardaşlarımızla birlikdə qeyd etməyimizin vaxtı çatıb, çünki bir çox ölkələrdə bu gün rəsmi istirahət günüdür. Mayda Macarıstanda keçiriləcək sammitdə Novruz bayramını türk dünyasının vahid milli bayramı kimi qeyd etməyi təklif edəcəyik. Bu bizim birliyimizi və həmrəyliyimizi daha da gücləndirəcək", – o bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər