İranın xarici işlər naziri: Müharibəyə hazırıq
İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək.
Nazir indiki vəziyyətdə ABŞ ilə birbaşa danışıqları rədd edib: ""Maksimum təzyiq kampaniyası" adlanan və İrana qarşı təkrarlanan təhdidlər Vaşinqtonla danışıqlara getməyi qeyri-mümkün edir. Bu, bizim qəti və aydın siyasətimizdir. ABŞ-nin İrana münasibətində əsaslı dəyişiklik olana qədər birbaşa danışıqlar aparılmayacaq".
"Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik", - o, əlavə edib.
Nazir, həmçinin ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb: "Əminəm ki, kimsə İrana hücum etmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













