"Taliban" ABŞ ilə münasibətləri bərpa etmək və səfirlikləri açmaq niyyətindədir
Far.Az xəbər saytı

"Taliban" ABŞ ilə münasibətləri bərpa etmək və səfirlikləri açmaq niyyətindədir


Radikal "Taliban" hərəkatı tərəfindən formalaşdırılmış Əfqanıstanın müvəqqəti hökuməti ABŞ ilə münasibətləri yaxşılaşdırmaq və iki ölkənin Kabil və Vaşinqtondakı səfirliklərinin fəaliyyətini bərpa etmək istəyir.

"Report" xəbər verir ki, bu barədə Taliban hökumətinin rəsmisi Zəbihulla Mücahid "Al Arabiya" telekanalına müsahibəsində bildirib.

"Biz ABŞ-nin yeni administrasiyasının Əfqanıstanla işləyəcəyini gözləyirik", – o qeyd edib və Kabilin "Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasına hazır olduğunu" vurğulayıb.

ABŞ nümayəndələrinin Əfqanıstan paytaxtına səfəri ilə bağlı məlumatı şərh edən Mücahid təmaslar zamanı "Amerika vətəndaşı" Corc Qlezmannın "azad edilməsi məsələsinin qaldırıldığını" vurğulayıb.

"Əfqanıstan güzəştə gedib və ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üçün onu azad etməyi qərara alıb", – müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi qeyd edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər