Suriyada beş dövlətin iştirakı ilə terrora qarşı vahid əməliyyat mərkəzi yaradılacaq
Far.Az xəbər saytı

Suriyada beş dövlətin iştirakı ilə terrora qarşı vahid əməliyyat mərkəzi yaradılacaq


Suriyada beş dövlətin iştirakı ilə terrorla mübarizə çərçivəsində vahid əməliyyat mərkəzi yaradılacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu il martın 9-da İordaniyada Türkiyə, İraq, Suriya və Livanın iştirakı ilə nazirlər səviyyəsində görüş olub və həmin görüşdə sözügedən mövzuda razılıq əldə edilib:

"Beş iştirakçı ölkə İŞİD terror təşkilatı başda olmaqla, Suriyanın terrorla mübarizəsinə dəstək istiqamətində razılığa gəlib. Suriyanın yeni hökumətinin tələbləri əsasında həmin dövlətlərin iştirakı ilə birgə əməliyyat mərkəzinin yaradılması qərara alınıb. Hazırda bu istiqamətdə işlər görülür".

Məlumatda o da diqqətə çatdırılıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, sabitlik və təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər