"HƏMAS" Qəzzada müharibənin bitməsini istəyir
Fələstinin radikal "HƏMAS" hərəkatı Qəzza zolağında müharibəyə tez son qoymağa çağırıb.
"Report" Qətərin "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu qruplaşmanın siyasi bürosunun üzvü Husam Badran deyib.
"HƏMAS" sözçüsü bildirib ki, hərəkat müharibəni və qan tökülməsini dayandırmağa çalışır, lakin İsrail atəşkəs razılaşmasına əməl etmir və bunun əvəzinə təcavüzünü davam etdirir.
ABŞ-yi tənqid edən Husam Badran əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahu danışıqlardan imtina edir: "Amerika tərəfi vasitəçi deyil, yalnız İsrailin siyasətini dəstəkləyir".
Eyni zamanda Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasın rəhbərlik etdiyi "FƏTH" hərəkatı radikal "HƏMAS" qruplaşmasını Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıb. Bu barədə hərəkatın Qəzza zolağı üzrə sözçüsü Munter Hayek bildirib.
Hayek vurğulayıb ki, "HƏMAS"ın mövcudluğu Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsi üçün təhlükəli hala düşüb və hərəkat öz mövqeyini yenidən nəzərdən keçirməli və Qəzza zolağında eşidilən bütün səsləri dinləməlidir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













