Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə uşaqlar üçün iftar süfrəsi təşkil edib
Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə 1000 kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın "Qadın Xeyriyyə Cəmiyyəti"nin təşkilatçılığı ilə, cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində (2 dəfə) və Dəməşqin böyük dağıntılara məruz qalmış Spena qəsəbəsində 1000 (400+350+250) kimsəsiz uşaq üçün iftar süfrələri təşkil edilib.
"Suriya Xəbər Agentliyi (Sana), "Vətən" qəzeti və Suriya televiziyasının, eləcə də qardaş Türkiyənin TRT və "Anadolu" Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş bu xeyriyyə aksiyası zamanı çıxış edərkən "Qadın Xeyriyyə Cəmiyyəti"nin idarə heyətinin sədri xanım Maha Diyab, eləcə də kimsəsiz uşaq Hibə Ramazan müqəddəs Ramazan ayında bu nəcib təşəbbüsə görə Azərbaycan dövlətinə təşəkkür ediblər", - məlumatda qeyd edilib.
Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ramazan ənənələri keçmişdən bu günə - Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













