Azərbaycanda "Starlink" dövrü: Qonşu ölkələrdəki qiymətlərlə MÜQAYİSƏ
"SpaceX" şirkətinin "Starlink" peyk internet xidməti bu gündən Azərbaycanda aktivləşdirilib. İstifadəçilər bu xidmətdən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata "Starlink Standart Kit" əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir.
Bəs qonşu ölkələrdə tariflər necədir?
BAKU.WS xəbər verir ki, Oxu.az bununla bağlı araşdırma aparıb.
Məlum olub ki, qonşu Gürcüstanda avadanlıq və çatdırılma 1115 lari (təxminən 677 manat), aylıq abunə haqqı isə 160 laridir (təxminən 97 manat).
Ermənistanda cihazın özü və çatdırılması 199 000 dram (təxminən 842 manat), aylıq abunə haqqı 24 000 dramdır (təxminən 102 manat).
Türkiyədə xidmətin aktivləşdirilməsi üçün danışıqlar aparılır.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında şirkətin rəsmi saytında "Starlink" şəbəkəsinə qoşulmağın mümkün olmayacağını göstərən xəritə dərc edilib. Həmin siyahıda İran və Rusiyanın adı var.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
“SpaceX” şirkətinin raketi 20 “Starlink” peykini orbitə çıxarıb
“Aztelekom” MMC internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulması mövzusuna münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













