Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır
Far.Az xəbər saytı

Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır


Bütün Avropa, o cümlədən Almaniya Cənubi Qafqaz regionunda sabitlik olmasında maraqlıdır.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer martın 31-də İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib.

Məlumata görə, iki ölkə prezidentləri görüş zamanı digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına da toxunublar.

"Almaniyada və Avropada hamımız Cənubi Qafqaz regionunda sabitlik olmasında çox maraqlıyıq", - Ştaynmayer deyib.

O, əldə olunmuş tərəqqini və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı "çox təsiredici" adlandırıb və tərəfləri təbrik edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər