Donald Tramp: "Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək"
Far.Az xəbər saytı

Donald Tramp: "Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək"


ABŞ Prezidenti Donald Tramp administrasiyasının aprelin 2-də tətbiq etməyi planlaşdırdığı yeni tariflərin bütün ölkələrə təsir edəcəyinə söz verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, prezident təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlama verərkən bildirib.

D.Tramp rüsumların ABŞ-nin ticarət balansının ən bariz şəkildə pozulduğu 10-15 ölkəyə təsir edib-etməyəcəyi ilə bağlı sualın cavabında belə deyib: "Biz bütün ölkələrdən başlamalı və nəyin baş verdiyini gözləyib görməliyik. Mən heç vaxt 15 ölkə ilə bağlı şayiə eşitməmişəm.

Belə baxanda tariflər haqqında danışdığımız bütün ölkələrə təsir edəcək. Biz isə bütün ölkələr haqqında danışırıq, yalnız bəziləri haqqında yox".

D.Tramp ABŞ tariflərinin daha əvvəl digər ölkələrin Amerika ixracatına tətbiq etdiyi tariflərdən çox daha yumşaq olacağını söyləmişdi. "Tarixdə heç bir ölkə soyulmadığı kimi bizi soyublar. Lakin biz yenə də onlara qarşı daha yumşaq olacağıq. Buna baxmayaraq, bu, ölkə üçün əhəmiyyətli puldur", - o demişdi.

Daha əvvəl ABŞ Prezidenti aprelin 2-dən idxal olunan mallara "güzgü rüsumları" tətbiq etmək niyyətində olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Braziliya, Hindistan, Kanada, Çin, Meksika və Aİ ölkələri ABŞ-yə orta hesabla ABŞ-nin tətbiq etdiyi gömrük rüsumlarından qat-qat yüksək tariflər tətbiq edirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər