Dünyanın ən zəngin adamlarından biri toyu üçün Türkiyəni seçdi
Far.Az xəbər saytı

Dünyanın ən zəngin adamlarından biri toyu üçün Türkiyəni seçdi


Amazon şirkətinin qurucusu və dünyanın ən varlı 10 şəxsi arasında yer alan Ceff Bezos iyun ayında baş tutacaq toy mərasimi üçün Türkiyəyə məxsus bir otelin xidmətlərindən istifadə edəcək.

Far.Az haber global-a istinadən xəbər verir ki, 2019-cu ildən nişanlısı olan Lauren Sanşezlə ailə həyatı qurmağa hazırlaşan Bezos 24-26 iyun tarixlərində İtaliyanın Venesiya şəhərində keçiriləcək toyunda 200-ə yaxın qonağı qəbul edəcək.

Məlumata görə, Ivanka Trump, Katy Perry, Leonardo DiCaprio, Orlando Bloom və Oprah Winfrey kimi dünya şöhrətli adların da qatılacağı mərasimdə, qonaqlar San Clemente Palace Kempinski Venice otelində qalacaq.

Venesiya meri Luigi Brugnaro, bu böyük tədbirin şəhərin tarixi və mədəni quruluşuna zərər verməyəcəyini, mərasimin şəhər mərkəzində deyil, Venesiya lagün bölgəsində keçiriləcəyini bildirib.

Oxşar xəbərlər

Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nyu-Yorkun “Bakı” restoranının sahibi: Azərbaycan təamlarını Hilları Klinton da dadıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dünyaca tanınan müğənni kosmosa UÇACAQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər