Qorxunc zəlzələ xəbərdarlığı: 298 min insan həlak ola bilər
Far.Az xəbər saytı

Qorxunc zəlzələ xəbərdarlığı: 298 min insan həlak ola bilər


Yaponiya hökumətinin yaydığı hesabatda Nankai Çökəkliyində baş verə biləcək 9 bal gücündə bir zəlzələnin böyük fəlakətə səbəb ola biləcəyi qeyd olunub.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, hedabata görə, belə bir zəlzələ 10-30 metr hündürlüyündə sunamilər yarada və 298 min insanın ölümünə səbəb ola bilər.

Əgər zəlzələ qışda və gecə saatlarında baş verərsə, ölü sayının daha da artacağı bildirilir. Fəlakətin 2,35 milyon binanın dağıdılması və 1,23 milyon insanın təxliyə edilməsinə səbəb olacağı, iqtisadi zərərin isə 1,81 trilyon dollara çata biləcəyi vurğulanır.

Mütəxəssislər, Nankai Çökəkliyində növbəti 30 il ərzində 8-9 bal gücündə bir zəlzələ baş vermə ehtimalının 80% olduğunu bildirirlər. Bunun qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tövsiyə edilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər