ABŞ-nin başlatdığı qlobal ticarət müharibəsində hansı ölkə qalib gələcək?
Far.Az xəbər saytı

ABŞ-nin başlatdığı qlobal ticarət müharibəsində hansı ölkə qalib gələcək?


ABŞ-nin başlatdığı qlobal ticarət müharibəsində ən əlverişli vəziyyətdə olan Braziliyadır.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat verib.

İnvestorlar Cənubi Amerika dövlətinin Donald Trampın ilk dövründə olduğu kimi qlobal ticarət gərginliyindən faydalanacağına inanırlar.

Beləliklə, Pekin ABŞ-nin rüsumlarına cavab olaraq ölkədən kənd təsərrüfatı məhsullarının tədarükünə 15% rüsum tətbiq etdiyi üçün Çin artıq Braziliyadan idxal olunan soyanı toplamağa başlayıb. Həmçinin braziliyalı fermerlərin pambıq və toyuq məhsullarına yüksək tələbatdan faydalanacağı proqnozlaşdırılır. Eyni zamanda, Braziliya Çin ayaqqabılarını əvəz etmək üçün ABŞ-yə ayaqqabı ixracını artıra bilər.

Analitiklər qeyd ediblər ki, Tramp Administrasiyasının Braziliyaya qarşı tariflər tətbiq edə bilməsinə baxmayaraq, bu tariflər Çinə qarşı tətbiq edilən tariflərdən daha aşağı ola bilər ki, bu da Cənubi Amerika ölkəsinin mallarını daha rəqabətqabiliyyətli edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər