Myanmada baş verən dəhşətli zəlzələdən sonra Taylandda 288 afterşok qeydə alınıb
Far.Az xəbər saytı

Myanmada baş verən dəhşətli zəlzələdən sonra Taylandda 288 afterşok qeydə alınıb


Tayland Myanmada baş verən zəlzələdən sonra 288 afterşorka məruz qalıb

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Myanmada baş vermiş dağıdıcı zəlzələnin nəticəsidir, lakin Tailand üçün təhlükə yaratmır.

Yeraltı təkanların ümumi sayından 131 dəfə maqnitudası 3,0-3,9, 58 dəfə 4,0-4,9, 10 dəfə 5,0-5,9 bal gücündə qeydə alınıb. Qalan afterşokların maqnitudası 3 baldan az olub.

Xatırladaq ki, martın 28-də Myanmada maksimum maqnitudası 7,7-yə çatan bir neçə güclü zəlzələ baş verib. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda hiss olunub.

Nəticədə Myanmada binalara ziyan dəyib, insanlar xəsarət alıb, İrravadi çayı üzərindəki körpü uçub, tarixi Mandalay sarayı qismən dağılıb. Hakimiyyət fövqəladə vəziyyət elan edib.

Banqkokda yeraltı təkanlar göydələnlərin titrəməsinə və damdakı hovuzlardan suyun tökülməsinə səbəb olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Güclü zəlzələ gözlənilir?
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur - YENİLƏNİB - 3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər