Türkiyədə 300-dən çox adam dönərdən zəhərləndi
Far.Az xəbər saytı

Türkiyədə 300-dən çox adam dönərdən zəhərləndi


Türkiyənin Kocaeli şəhərində dönərdən kütləvi zəhərlənmə olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Körfez məhəlləsi Atatürk küçəsində yerləşən restoranda toyuq dönəri yeyən vətəndaşlar qısa müddətdə xəstələnib.

Eyni müəssisədə yemək yediyi aşkarlanan vətəndaşlar ürəkbulanma və qusma şikayəti ilə həkimə müraciət ediblər.

Zəhərlənmə əlamətləri olan 300-dən çox insan Körfez Dövlət Xəstəxanası, Derince Təhsil və Araşdırma Xəstəxanası və Dilovası Dövlət Xəstəxanasında müalicə alıb.    Müdaxilələrin ardından bəzi xəstələr evə buraxılıb, Derincədə müalicə görən 2 nəfərin vəziyyəti isə kritik olaraq qalır.

Hadisədən dərhal sonra şikayətlərin mənbəyi sayılan dönərxana polislər tərəfindən möhürlənərək müvəqqəti olaraq bağlanıb.

Rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin əməkdaşları müəssisəyə baxış keçirib və məhsullardan nümunələr götürüblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Oxşar xəbərlər

Naxçıvanda bir sıra dönərxanalarda nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO
Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər