Almaniyada məhkum həbsxanada onun ziyarətinə gələn həyat yoldaşını öldürüb - İDDİA
Almaniyada bir məhkumun onu ziyarətə gələn həyat yoldaşını həbsxanada qətlə yetirdiyi irəli sürülüb.
Far.Az xəbər verir ki, alman mediasının Stendal Prokurorluğuna istinadən yaydığı məlumatlara görə, 35 yaşlı qadın, həbsdə olan ərini ziyarət etdikdən sonra görüş otağında ölü tapılıb.
Prokurorluq məhkum barəsində həyat yoldaşını qəsdən öldürmək ittihamı ilə istintaqa başlayıb.
Magdeburq yaxınlığındakı Burg həbsxanasında cəza çəkən 37 yaşlı kişi məhkumun, həyat yoldaşı ilə uzunmüddətli görüş üçün ayrılmış və daim müşahidə olunmayan xüsusi bir otaqda tək olduqları bildirilib.
Həmin otaqlarda adətən nə səs, nə də görüntü nəzarəti aparılmadığı qeyd olunub.
Qadının cəsədi məhkəmə-tibbi ekspertiza üçün aidiyyəti quruma aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ali Məhkəmə məhkum tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













